Həftə sonu ictimai iaşələrdə çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?

Həftə sonu ictimai iaşələrdə çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?
SOSİAL
18:32 24.11.2020
686

Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektoru həftə sonu ictimai iaşə sektoruna çatdırma və "takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi haqqında Nazirlər Kabinetinə müraciət ünvanlayıb.

Bu barədə Hotellər və Restoranlar Assosiasiyasının yaydığı məlumatda qeyd olunub. 

Belə ki, noyabrın 24-də Assosiasiyaya daxil olan çox saylı müraciətəri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (sürəti: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət ünvanlayıb.
 
Müraciətdə qeyd olunub:

"Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 Noyabr, 2020-ci il tarixli, 450 saylı Qərarında göstərildiyi kimi "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.

Dəyişikliklərdən biri, Qərarın 2.4. bəndində qeyd edilmiş "2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasıdır”.

Həmin Qərarın "Fəaliyyətinə icazə verilən sahələr” adlanan 1 nömrəli Əlavəsinin 5-ci bəndində "fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti” qeyd edilib.

Bildiyimiz kimi ictimai iaşə müəsissələri qeyd edilən sahələrə aiddirlər, bilavasitə qida məhsullarının istehsalı, tədarükü və təchizatı ilə məşqul olurlar. Onu da qeyd etməliyik ki, ictimai iaşə müəsissələri pandemiya dövründə uzun müddət boşdayanmaya məruz qalmış və bir çoxu fəaliyyətlərini tam dayandırmamaq məqsədilə çatdırma və "takeaway” xidmətlərinə keçmiş, yəni yerində xidmət göstərməklə yanaşı, əhaliyə qida məhsullarının tədarükü və təchizatı ilə bilavasitə məşğuldurlar.

Yalnız son iki gün ərzində bir sıra ictimai iaşə müəsissələrindən daxil olan müraciətlər onu göstərir ki, istirahət günləri onlara yerində xidmətin dayandırılması ilə yanaşı, onlayn sifarişlər əsasında çatdırılma və "takeaway” xidmətlərinin göstərilməsinə də qadağa qoyulub.

Müşahidələrimiz onu göstərir ki, "catering” usulu ilə iaşə xidmətləri göstərən, şirniyyat, qəlyanaltı, yarımfabrikat, təndir yeməkləri və digər ərzaq və qida məhsullarının istehsalı və satışı ilə məşğul olan müəsissələr həftə sonu günlərində heç bir məhdudiyyətsiz çalışırlar.
Bunları nəzərə alaraq sual çıxır ki, çatdırma və "takeaway” xidmətləri göstərən ictimai iaşə müəsissələrinə (restoran və kafelər) hansı məntiqlə həftə sonu günlərində fəaliyyət göstərməyə icazə verilmir. Onu da nəzərə alsaq ki, restoran biznesı pandemiya dövründə ən çox zərər çəkmiş sahələr sırasında olmuş, uzun müddət məcburi boşdayanma yaşamış, sonradan yalnız çatdırma xidmətilə fəaliyyət göstərmişdirlər və hal-hazırda çətinliklə biznesı yaşadırlar, onların vəziyyətinin nə qədər ağır olduğu məlum olar.

Bunu da qeyd etmək istərdik ki, ictimai iaşə sahəsində, xüsusilə bu sahənin kiçik və orta biznes seqmentində, təkçə Bakı şəhərində on minlərlə insan çalışır, məvacib alırlar və ailə dolandırırlar. Həftə sonu fəaliyyətlərinin dayandırılması çox saylı ixtisarlara gətirib çıxara bilər və bunun qarşısının alınması xüsusilə önəmli hesab edilir.

Digər tərəfdən restoran və kafelərin fəaliyyətinin həftə sonu tam dayandırılması tədarük olunmuş ərzaq və qida məhsullarının xarab olması, ay ərzində 7-8 gün boşdayanma, bununla yanaşı icarə, kommunal və digər xərclərin ödənilməsində yeni problemlərin yaranması ilə nəticələnə bilər. Bu isə biznesın itkilərə getməsi, bir çox hallarda kiçik və orta biznesın müflüsləşməsi kimi fəsadlara gətirib çıxarır.

Məlum olduğu kimi pandemiya dövründə içtimai iaşə müəsissələrinin işini tənzimləyən bir sıra metodik göstərişlər və xüsusi nəzarət mexanizmları tətbiq ediliblər. Əminliklə demək olar ki, restoranlar, kafelər və digər ictimai iaşə obyektləri, o cümlədən onların müştəriləri metodik göstərişlərin qaydalarına ciddi şəkildə əməl edirlər və bu məsələyə hamı məsuliyyətlə yanaşır.
Qeyd olunanları nəzərə alaraq xahiş edirik ictimai iaşə müəsissələrinin həftə sonu çatdırma və "takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi mümkünlüyünə bir daha baxılsın. Müsbət qərarın verilməsi restoran biznesının hazırkı vəziyyətində fəaliyyətinə yardımçı olar, onların çətin günlərdə ayağ üstə qalmalarına, iş yerlərinin saxlanmasına və daimi məvaciblərin verilməsinə, icarə, kommunal və digər cari xərclərin ödənilməsinə böyük köməklik göstərmiş olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
15:46 12.11.2026
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
15:38 12.11.2026
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
15:26 12.11.2026
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
15:23 12.11.2026
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
Tənqidə qapalı icra hakimiyyəti –  Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
15:13 12.11.2026
Tənqidə qapalı icra hakimiyyəti – Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
15:12 12.11.2026
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
14:52 12.11.2026
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
14:46 12.11.2026
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur
14:31 12.11.2026
İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
14:29 12.11.2026
“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi - FOTOLAR
14:00 12.11.2026
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi - FOTOLAR
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
13:35 12.11.2026
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
Trampın Rusiyadan Avropa üçün təhlükəsizlik təminatı istəməsinin əsl məqsədi nədir?
13:27 12.11.2026
Trampın Rusiyadan Avropa üçün təhlükəsizlik təminatı istəməsinin əsl məqsədi nədir?