"Həyat yoldaşımı vuran sürücü qarşı yola çıxıb, avtobusu sənədsiz idarə edib" - MÜSAHİBƏ

"Həyat yoldaşımı vuran sürücü qarşı yola çıxıb, avtobusu sənədsiz idarə edib" - MÜSAHİBƏ
SOSİAL
16:35 08.12.2017
9719

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib.

44 yaşlı Təranə Məhəmməd qızı Babaşova 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobus tərəfindən vurulub.
Mərhumun həyat yoldaşı Müzəffər İsmayılov hadisəylə bağlı AZXEBER.COM-a müsahibə verib.

- Mümkünsə, ilk olaraq baş verən hadisəylə bağlı məlumat verərdiz...
- Qəza sentyabrın 27-də baş verib və həmin gündən həyat yoldaşım Təranə Babaşova komada olub. O, noyabrın 28-də isə dünyasını dəyişib. Həyat yoldaşım "8-ci kilometr" bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus onu vurub. Həmin sürücü o yola "protiv" çıxıb və onun üzərində heç bir sənəd olmayıb. 

- Hadisədən sonra sürücü və ya avtobus xəttinin sahibi sizinlə əlaqə saxlayıb?
- Hadisədən sonra sürücü Eyvazov Bəhruz Yusifoğlu saxlanılıb. Onun atası bir dəfə gəldi yanıma və mənə dedi ki, imkanımız yoxdur, nə istəyirsiz edin. Mən də ona dedim ki, məhkəmədə görüşərik. Ancaq 64 saylı avtobus xəttinin rəhbərliyindən və Bakı Nəqliyyat Agentliyindən heç kim bizimlə maraqlanmadı. Bizim də maddi vəziyyətimiz yaxşı deyil.
 
- Mərhumun övladı var idi?
- Bəli, bizim bir qızımız var idi. Onun 10 yaşı var.
 
- Qəzanın görüntülərini izləmisiz? Bəlkə avtobus sürücüsü günahsız olub?
- Bəli, həmin görüntüləri izləmişəm. Bayaq dediyim kimi, o qarşı yola çıxıb və mənim yoldaşım o tərəfdən nəqliyyat vasitəsi gəlməyəciyini bildiyi üçün digər tərəfə baxıb. Həm də o sürücünün üstündə heç bir vəsiqə olmayıb. Mən anlamıram ki, sürücülük vəsiqəsi olmayan adam necə avtobus sürə bilər?
 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb