Cəlalə Nəzəroğlu: "Qadının döyülməsinə səbəb onun savadsızlığı və acizliyidir" - VİDEO

SOSİAL
15:15 05.11.2019
10225

AZXEBER.COM-un "Uğurlu Qadın" rubrikasının qonağı tanınmış telejurnalist, "Libraff" Mağazalar Şəbəkəsinin direktoru Cəlalə Nəzəroğludur. 

 

- Cəlalə xanım, özünüzü oxucularımıza necə təqdim edərdiz?

- Cəlalə Nəzəroğlu Natiqqızı Masallı rayonunda anadan olmuşam. Oğuzda böyümüşəm. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində təhsil almışam. Magistr təhsilimi Xəzət Universitetində almışam. Jurnalistika fəaliyyətimə təcrübəçi kimi 2002-ci ildə Azərbaycan radiosunda başlamışam. Diksiya Akademiyasının təsisçisiyəm. Eyni zamanda hazırda"Libraff” mağazalar şəbəkəsinin direktoru vəzifəsində çalışıram.

- Layihəmizin adı "Uğurlu qadın”dır. Özünüzü uğurlu qadın hesab edirsiz?

- Çevrəmdəkilərin rəylərinə əsasən, özəlliklə də son illəri nəzərə alsaq, bəli özümü uğurlu qadın hesab edirəm.

- Uzun illər "Xəzər” televiziyasında aparıcı olaraq fəaliyyət göstərmisiniz. İndi isə efirdən kənardasınız. Kənardan TV-lər necə görünür?
 

- "Xəzər” televiziyasından 2012-ci ildə analıq məzuniyyətinə çıxmaqla ayrıldım. Təxminən, bir il yarım övladımla məşğul oldum. Daha sonra "İnteraz” televiziyasından iş təklifi gəldi. Mən düşünürəm ki, bir yerdə 5 ildən artıq qalmaq düzgün deyil. 

 

 

Televiziyalarımız 10 il əvvəl necə idisə, indi də elədir. Yenə də tamaşaçını yanlış olaraq aşağı səviyyəli adlandırıb, verilişlərin də səviyyəsini yüngülləşdirirlər. Mən heç vaxt nə tamaşaçı, nə də dinləyici haqqında bu təhqiramiz yanaşmanı qəbul etməmişəm: Biz tamaşaçıya nə veririksə, onlar da onu qəbul edir. Sizin bu layihə "Uğurlu qadın” adlanır, baxın siz bunu tamaşaçıya və oxucuya təqdim edirsiz, ancaq başqa şey də təqdim edə bilərdiniz. Yəni, ana balalarını qoyub, evdən qaçdı və başqa mövzulardan insanlar yorulub. Şəxsən mən o cür verilişlərə baxmıram, elə xəbərləri də oxumuram.

- Yenidən TV-yə qayıtsanız, seçiminiz hansı kanal olar?

- "Xəzər” televiziyası mənim ilk sevgim, ilk iş yerim olub. Düşünürəm ki, həmin telekanaldan təklif gələrsə, heç olmasa həftədə bir dəfə efirə çıxa bilərəm.

  

 

 

 

- Hazırda "Libraff”ın direktorusuz. Sizin təyinatınızdan sonra xəbər saytları bu məlumatı "Kəmaləddin Heydərovun oğlu tanınmış teleaparıcıya vəzifə verdi” başlığı ilə yayımladı. Bunu necə qarşıladınız?

- Mənim çox vaxt yazdığım statuslar xəbərə çevrilir, artıq bu hala öyrəncəliyəm (gülür). "Libraff”a təyinatımla bağlı sosial şəbəkədə status yazdım və görüşə girdim. Görüşdən sonra gördüm ki, bütün mətbuat mənim statusumu başqa istiqamətə çəkib və xəbər hazırlayıb. Bundan sonra status yazarkən daha diqqətli olmağa çalışacam (gülür).

- Bir az da şəxi həyatınızdan danışaq. Qız uşaqları atalarına bağlı olur. Atanızı itirdikdən sonra hansı çətinlikləri yaşadınız?

- Hədəf qoyub, gecəmi-gündüzümə qatıb, ona doğru getməyimin tək səbəbi atam olub. Deyirlər ki, hər bir uğurlu kişinin arxasında qadın dayanır. Niyə bunu hər bir uğurlu qadının arxasına uğurlu kişi dayanır demirlər? Mən olsam "hər bir uğurlu qadının arxasında sevgi dolu bir kişi dayanır” deyərdim. Bu şəxs sevgiliniz, həyat yoldaşınız, qardaşınız və atanız ola bilər. Mənim həyatımdakı o kişi atam idi.

 

 

 

 

- Həyatınızın çətin anları çox olub. Bizə məlum olan isə alpinist Baburu itirməyinizdir. İstərdim ki, bir az bu haqda danışaq...

- Babur mənim qardaşımın dostu idi. Mən onu baıaca qardaşım kimi qəbul edirdim. Məndən kim neçə qardaşın var deyə soruşanda, 3 qaraşım var deyib, Baburu onlardan ayırmırdım. Hətta bəzən hiss edirdim ki, Baburu onlardan da çox istəyirəm. Hər şey çox anidən oldu və Baburun itkisi məni çox yandırdı. Çünki, aylarla onun axtarışı davam etdi və onlarla bağlı hər məlumat, hər xəbər insanı yerində oynadırdı. Ondan ötrü çox darıxıram. İşin ən pis tərəfi odur ki, Baburun ölüm xəbərini anasına istəmədən mən çatdırdım. Baburu aparan maşının arxasınca gedən maşın mən oldum. Hər şey çox qəribədir, nə vaxt nəyin olacağını heç kim bilmir.

 

 

 

 

- Demisiz ki, həyat yoldaşınız sosial şəbəkə istifadəçisi deyil. Hətta sizə də ilk vaxtlar qadağa qoyub...

- Sosial şəbəkə profilimi açdığım gün bizim evimizdə böyük həngamə olmuşdu (gülür). Səs-küy hər yeri bürümüşdü. Kənardan eşidən elə bilərdi ki, böyük bir qəbahətli iş görmüşəm (gülür). Sosial şəbəkə ilə bağlı evimizdə uzun müddət mübahisələr olurdu. Ancaq mən geri addım atmadım. Mənim yanaşmam fərqlidir. Əgər bir iş Allah qatında günah deyilsə, deməli onu etmək olar.

- Belə bir deyim var ki, qadın üçün analıq ən ali hissdir. Bəs sizcə də bu belədir?

- Mən hər zaman fikirləşirəm ki, övladımı niyə dünyaya gətirdim? Yavaş-yavaş bu sualıma cavab tapıram. Mən hiss edirəm ki, analıq hissinin dadına baxmaq üçün övladımı dünyaya gətirmişəm. Hər bir işləyən analar kimi, mənim də ürəyimdə vicdan əzabı var. Onu ört-basdır etmək üçün isə əlimdən gələni edirəm. İşdən sonrakı vaxtımı ancaq övladıma ayırıram.


 

 

 

- Son zamanlar boşanmaların sayı sürətlə artır. Bunu müxtəlif səbəblərlə izah edirlər. Bəziləri deyir ki, kişilər uğurlu qadınları qəbul edə bilmirlər. Siz evdə və işdə uğur qazanmış qadın olaraq bunu necə şərh edərdiniz?

- Mən kişilərin qadın üzərində şiddət və zorakılığını qadıların savadsızlığı və güvənsizliyi ilə əlaqələndirirəm. Öz ayaqlarının üzərində dura bilən heç bir qadın əri tərəfindən əzilmir, döyülmür. Ümumiyyətlə, mən deyərdim ki, şiddətə biz özümüz icazə veririk. Əgər icazə verməsək, onlar bizi nə döyə bilər, nə də təhqir edə bilər. Hər bir qadın özünə hörmət etməlidir. Əgər bir kişi ilə yaşamaq alınmırsa, onunla yaşamaq lazım deyil.

- Son olaraq gənc qızlara nə məsləhət görərdiz?

- Gənc qızlara ilk məsləhətim, özlərini sevmələridi. Özlərini sevib, vaxt ayırsınlar.Ən əsası isə heç vaxt ağlamasınlar. Özlərini əzdirməsinlər. Heç bir kişi onların göz yaşlarına layiq deyil.

Günel Hüseynli,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:38 04.07.2020

Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO

13:36 04.07.2020

Azərbaycana gələn 3 həkim geri qayıtdı, 19-u karantinə alındı

13:27 04.07.2020

İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - Fotolar

13:06 04.07.2020

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO

13:01 04.07.2020

Sabah havanın temperaturu 38 dərəcə olacaq

12:22 04.07.2020

“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

12:00 04.07.2020

DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər

11:56 04.07.2020

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

11:35 04.07.2020

ATV-nin aparıcısı: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım" - FOTO

11:15 04.07.2020

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir

11:10 04.07.2020

Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

10:50 04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

10:47 04.07.2020

Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı

10:43 04.07.2020

Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi - Foto

10:23 04.07.2020

DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarılıb

23:44 03.07.2020

ÜST koronavirusun sürətlə yayıldığı ölkələrə müraciət etdi