Türkiyədəki evlilik verilişinin tanınmış siması: “İştirakçılar arasında azərbaycanlı fahişələr də vardı” – MÜSAHİBƏ

SOSİAL
16:15 21.09.2017
19881

"Zuhal Topalla İzdivaç” verilişinin tanınmış iştirakçısı Bahanın AZXEBER.COM-a müsahibəsini təqdim edirik:

-Son günlər mətbuatda yayımlanan xəbərlərə görə, "Zuhal Topalla İzdivaç” verilişinə qatılanlar arasında fahişəliklə məşğul olan qızlar varmış. Onlar arasında azərbaycanlı qızların da adı çəkilir. Bu iddialar həqiqətdir?

Mən də bu barədə məlumatları xəbər saytlarından oxumuşam. Düzdür, orada fahişəliklə məşğul olduğunu bildiyimiz iştirakçılar var idi. Onlar arasında azərbaycanlıların da olduğunu eşitmişdim. Ancaq konkret olaraq bu barədə bir şey deyə bilmərəm.

-Həmin verilişdə çoxlu xanımlar iştirak edirdi. Onlarla verilişdən sonra münasibət qururdunuz?

Mən həmin verilişdə olanda bir tək Nazla münasibət qurmuşam. Mənim üçün çoxlu xanımlar gəlirdi, amma razılaşmırdım. Mənə görə insan bir nəfərlə münasibət qurar və onunla yola davam edər.

-Nazla münasibətiniz hansı səviyyədə idi?

Nazla münasibətim yaxşı idi. Bir ildən çox davam etdi. Bilirsiz ki, o verilişdə yaşanan hər şey bir oyundur. Orada rejissor hər şeyi müəyyən edir. Kim kimə yaxınlaşacaq, kim kimə sevgi etiraf edəcək, kim kimə gül göndərəcək, hamısını. Hamımız iki-üç gün münasibət saxlayıb sonra ayrılırdıq. Təkrar barışıb, sonra başqa namizədlə əsas qızı qısqandırırdıq.

- Buna görə nə qədər pul alırdınız?

Təbii ki, bizə buna görə pul təklif edilmişdi. Ancaq çox adamın pulunu vermədilər. Qaydalara görə ikinci-üçüncü sırada oturanlara pul verilmirdi. Çünki onlar məşhur olmaq və efirdə görünmək üçün gəlirdilər. Bizim kimi üzdə olan iştirakçılara isə 10 min TL təklif edilmişdi.

- Sonra nə baş verdi? Pulunuzu vermədilər?

Orada aparıcı Zuhal Topaldan başqa heç kimin maaşı deyildiyi kimi verilmirdi. 10 min TL mənə ayda pul verəcəkdilər. Birinci ay 7 min, ikinci ay 5 min, daha sonra isə 4 min TL verdilər. Yanvarın 14-də isə bütün bunlara görə verilişdən ayrıldım.

-Yayılan xəbərlərə görə, aparıcı Zuhal Topalın əri ilə dalaşmısınız. Səbəb nə idi?

Bəli, aramızda dava olmuşdu. Davaya səbəb Naz idi. Mənə dedilər ki, Naza namizəd gələcək və bir həftə onlar arasında sevgi olacaq. Sonra sənə qayıdacaq. Bu oyun bir həftədən çox çəkdi. Mən də iradımı rejissora bildirdim. Və sonda dava düşdü.

-Verilişə qatıldığınız zaman oyun olduğunu bilirdiniz?

Xeyir, müraciət etdikdən sonra öyrəndim. Normal sevgi yaşayan insanlar da var idi. Bir zaman sonra onların sevgisindən də oyun qururdular. Əsas məqsəd reytinq yığmaq, qonşu kanallardakı evlilik verilişlərini keçmək idi.

- Naz ilə münasibətiniz həqiqət idi, yoxsa oyun?

Kaş ki, oyun olsaydı (gülür).

- Bu Azərbaycana neçənci səfərinizdir?

Artıq ikinci səfərimdir. Birinci dəfə Nazla gəldim. Qızını görməyə gəlmişdi. Amma çox gəzə bilmədim. Bu səfər dostlarımın dəvəti ilə gəldim. Azərbaycanı çox sevirəm. Bilirəm ki, burada da məni sevən insanlar var. Sizin vasitənizlə onların hər birinə təşəkkür edirəm.

-Yəqin ki, Bakını gəzmisiniz. Küçədə sizi tanıyan var?

Şəhərdə gəzəndə xanımlar yaxınlaşıb salamlaşırlar. Hətta dünən oteldə oturmuşdum, bir xanım qaça-qaça gəlib məni bərk-bərk sıxdı. Deyir səni görmək üçün 2 saat yol qət etmişəm (gülür).

- Azərbaycanlı müğənnilərdən kimləri dinləyirsiniz?

Türkiyədə ən çox dinlədiyimiz müğənni Talıb Taleh və Üzeyir Mehdizadədir. Düzü, Elza Seyidcahanın şeirlərini də sevirəm. Bildiyim qədəri ilə onu burada çox tənqid edirlər. Məncə, bu düzgün deyil. O, əsl yaradıcı ruhda olan xanımdır.

 

Nazim

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:24 19.09.2020

Ermənistan PKK terrorçularını işğal altındakı Dağlıq Qarabağa yerləşdirir - VİDEO

20:13 19.09.2020

Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi

19:30 19.09.2020

“Sən kimsən ki, bizimlə şərt dilində danışırsan” - Prezidentdən Paşinyana

19:20 19.09.2020

"İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir"

19:15 19.09.2020

"Neftçi" "Başakşehir"in futbolçusunu icarəyə götürdü

19:02 19.09.2020

“Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!”

18:39 19.09.2020

Taleh Yüzbəyov: AFFA-nı qınamaq düzgün deyil - VİDEO

18:12 19.09.2020

"Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir"

17:49 19.09.2020

Təhsil naziri intihar edən 27 yaşlı müəllimdən yazdı

17:29 19.09.2020

MAG 9-cu mövsümünə start verir - VİDEO

17:22 19.09.2020

İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

17:06 19.09.2020

Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

16:56 19.09.2020

Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu

16:43 19.09.2020

Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir

16:36 19.09.2020

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

16:20 19.09.2020

DİN-dən müğənni Elnar Xəlilovla bağlı açıqlama

X Mostbet