İlham Əliyev: "Korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır"

İlham Əliyev: "Korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır"
SİYASƏT
23:51 05.12.2019
6255
"Bilirsiniz, korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir. Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır". 

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat” kompleksinin açılışında deyib.

Dövlət başçısı bildirib: "Əlbəttə, indi bizim dövrümüzdə də pozuntular, çatışmamazlıqlar var. Amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq. Mən bir daha demək istəyirəm ki, biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır. İslahatların yeni dövrü keçən il prezident seçkilərindən sonra başlamışdır. Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik. Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə, mən demişəm və mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa bir kampaniya aparılır. Onu da mən dayandırdım. Çünki yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək. Siz və "ASAN xidmət”də çalışanların mütləq əksəriyyəti cavanlardır. Amma yaslı nəslə xidmət edirsiniz. Çünki bu xidməti almaq üçün daha çox yaşlı nəslin nümayəndələri gəlirlər. Bax, bu nəzakətli davranış, bu mehribanlıq, xoş sözlər bizim cəmiyyətimizi də saflaşdırır və irəliyə aparır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
15:46 12.11.2026
Xameneinin müşaviri: ABŞ şərtimizi qəbul etməsə, danışıqlar aparılmayacaq
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
15:38 12.11.2026
Teymur Musayevə QDF-in COP31-də iştirakının məqsədi ilə bağlı məlumat verildi
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
15:26 12.11.2026
Zelenski: "Starlink" Ukrayna ordusunun internet sürətini məhdudlaşdırıb
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
15:23 12.11.2026
Prezident Dublindəki Konqres Mərkəzinə gəlib - VİDEO
Tənqidə qapalı icra hakimiyyəti –  Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
15:13 12.11.2026
Tənqidə qapalı icra hakimiyyəti – Füzuli RİH şərhləri niyə bağlayıb? - Yenilənib
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
15:12 12.11.2026
İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü - VİDEO
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
14:52 12.11.2026
Yüksək vəzifəyə təyin olunan gənc 23 gün sonra işsiz qaldı
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
14:46 12.11.2026
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir