BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Könüllü təşkilatları ilə “Könüllülər İli”nə həsr olunmuş müzakirələr təşkil olundu

Könüllü təşkilatları ilə “Könüllülər İli”nə həsr olunmuş müzakirələr təşkil olundu
GƏNCLİK
11:45 15.01.2020
7975
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilməsi ilə bağlı 14 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində gənclər təşkilatları və könüllü hərəkatlarının iştirakı ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncama uyğun olaraq könüllü fəaliyyətin təşviqi, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər, yeni təşəbbüslər barədə müzakirələrin təşkili olmuşdur.

Görüş zamanı iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması qeyd olunmuşdur.

Görüşdə həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzun müddətli proqramların icrası, könüllülər üçün düşərgələrin təşkili və digər istiqamətlər ilə bağlı təkliflər dinlənilib və geniş müzakirələr aparılıb.

Qeyd edək ki, könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biridir. Belə ki, Fond tərəfindən keçirilən qrant müsabiqələrində və müsabiqədən kənar maliyyələşdirilən layihələr üçün müəyyən edilən mövzular sırasında mütəmadi olaraq könüllülük fəaliyyətinin təşviqi də yer alır. 2019-cu il ərzində Gənclər Fondunun "Gənc Könüllü” proqramının fəaliyyəti genişləndirilmiş, regionlarda təmsilçiliyi artmışdır. Proqram vasitəsi ilə yüzlərlə gənc ilk dəfə könüllü hərəkatına qoşulmuş və nümayəndəliklərin fəaliyyətinin təşkilində aktiv iştirak etmişlər.

1-9 dekabr tarixlərində "Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilmişdir. Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın əksər şəhər və rayonlarını əhatə edən "Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur. Həftə çərçivəsində eyni zamanda 79 yerli icra hakimiyyəti orqanı tərəfindən ümumilikdə 15,000-dən çox könüllünün iştirakı ilə 100-dən çox tədbir keçirilmişdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:54 29.03.2020

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

00:52 29.03.2020

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

00:51 29.03.2020

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

00:49 29.03.2020

Rüştü Rəcbər də koronavirusa yoluxdu

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO