00:04 Bazar Ertəsi, 18 Noyabr 2019
Maqazin

"Maşın"dan ayrılan Zümrüd: "Bu hərəkətimlə milyonların sevgisini qazandım" - VİDEOMÜSAHİBƏ

17:35, 14.10.20194769

AZXEBER.COM-un müsahibi tanınmış aktirsa Zümrüd Qasımovadır.  

 

"Maşın şou"da yaşananlarla bağlı danışıb.

 

Həmin müsahibəni təqdim edirik:



 

- "Maşın şou”dan ayrıldınız. İstərdik müsahibəyə şou haqda təəsüratlarınızla başlayaq...

- Bu böyük bir şoudur. Bu şounun bir parçası olmaq da mənə çox xoş oldu. Hər bir adam da bu şouya düşə bilmir, düşən insanlar da böyük bir təcrübə ilə çıxır. Şou zamanı fikir verdinizsə, çalışdım hər kəslə xoş münasibət saxlayım. İstəmirdim ki, kimdəsə mənim haqda yalnış fikir qalsın. Bu şou mənim üçün yaxşı təcrübə oldu, dəvətə görə təşkilatçılara təşəkkür edirəm.

- Bəs hansı iştirakçılardan üz döndərdiz?

- Məni təəcübləndirən iştirakçılardan biri Fatma Mahmudova oldu. Şouda biz özümüzü sığortalamaq üçün birinin şəklini atmalıydıq. Elə ola bilər ki, 3 şəkil üst-üstə düşə bilər. Bu bizdən asılı deyil. Kimsə buna qruplaşma deyir, təsadüfən də Fatma xanımın adı çıxdı və o bir əlavə şəkli atan mən idim. Ondan sonra o insanın mənə qarşı aqressiyası yarandı. "Maşın” ətrafında mənə "sən kimsən” dedi. Kimliyindən asılı olaraq heç kimə imkan vermərəm ki, mənə o sözü desin. Sonra o səs verməyə çıxanda məni oyundan kənarlaşdıracaqdı. Ayan Babakişiyeva onu hiss etdi və əlini çəkdi. Bu şoyda qazandığım insanlardan biri də Ayan oldu.

- Fatma xanımla davanız efirdə də yayımlandı...

- Qalmaqal oldu, sonradan barışdıq. Müdriklük yaşla deyil, yaşadıqlarınladır. 20 yaşında elə insanlar var ki, müdrikdir və yaxud da əksinə.

Daha sonra Fuad Musayevlə də aramızda problem oldu. O bəzi şeylərdə məni günahlandırmağa çalışdı. Onun etdiklərini unuda bilmiərəm. Bəlkə də nə zamansa keçər. Bundan başqa Nazim Pişyari da ilk gün məni həddən çox əsəbləşdirdi, xəyalımda yaxşı insan kimi qalmadı.

- Şouda çox az danışan iştirakçılardan idiz. Bunun səbəbi nə idi?

- Hər kəsin qalibiyyət üçün bir planı olur. Məndə isə plan yox idi. Oyunun ilk günündən tərk edənə kimi eyni simada oldum. Başa düşürdüm ki,bir oyunun içindəyəm və gərək elə edim ki, bu maşına sahib olum. 18 nəfərin içindən 6 nəfərə gəlib çata bildim. Burda Suna ilə gözəl taktikamız var idi. Qərarlarımızı birlikdə verirdik. Bu doğru taktika bizi 6-lığa qədər gətirib çıxardı.

- Demək ki, oyun içində oyun gedirdi...

- İnsanı yaxşı gündə tanıyanda deyirsən ki, görəsən bu çətin anlarda necə olacaq? Biz Suna ilə gərgin, ekstrim vəziyyətdə tanış olduq. 12 gün ərzində bir dəfə də olsun sözümüz çəp gəlmədi, aramızda güvənsizlik yaranmadı. Ancaq orada birinə söz deyirsən, gedir o birinə çatırır. Xəbərsiz şəklini atırlar, qruplaşırlar. Biz bu oyunların içində olmadıq. Ona görə mən Sunanı qazandım. Suna həmişə deyirdi bura oyundu əsas kənarda bir-birimizi itirməyək.

- Oyun zamanı nəyi itirdiz?

- Oyun zamanı yoruldum. Mən insanları sevmək istəyirəm. Birdən-birə gözündən düşmələri çox pisdir. İndi bildim ki, insanlar maşın üçün nələr edə bilərlər. Mənim üçün isə əsas şəxsiyyətimdir.

- Şouda səs toplaya bilmədiz. Bu sizin üçün gözlənilməz olmadı?

- Mən oyunda hədəf açıqlamadım. Sunadan başqa4 nəfərə qarşı tək mübarizə apardım.Əlbəttə ki, 4 nəfəri sevən, dosttanışı az deyil. Əslində mən çox gözləyirdim, sağ olsun məni sevənlər səs verdi. Bu mənim qalibəyyətim idi. Sadəcə Zümrüd Qasımova nə zaman getmək lazım olduğunu yaxşı bilir. Tribunada olan günü çox rahat idim. Maşına ehtiyacı olanlardan biri də mən idim. Öz maşınım var, kreditini təzə bitirmişəm. Düşünürdüm ki, yeni maşınımı sürüb, köhnəsi ilə nəsə edərəm. Teatrda işləyirəm, o qazancla maşın əldə etmək olmur. İndiyə kimi bu həyatda nə əldə etmişəmsə, zəhmətimlə əldə etmişəm.

- Şouda qeyd etdiniz ki, övlad anası ola bilməyəcəksiz...

- Mənim övladım yoxdur. Mən bütün sevgimi, hisslərimi həyat yoldaşıma vermişəm. O həyatın hər anında ən əsas da çətin günümdə mənim yanımda olub. O da hər zaman mənə dəstəkdir. Şoudan çıxandan sonra yoldaşım məni qarşılayıb, dedi ki, sən mənim hər zaman qalibimsən. Mən sevinirəm ki, sən oyundan xanımlığını itirmədən çıxdın.

Qaldı ki, efirdə dediyim sözlərə. Hər bir insanın tarixçəsi var. Bu da mənim həyatımda qara səhvlərlə yazılan bir tarixdir. İstər istəməz maşın ətrafında 5 saat duranda nədənsə, danışırıq. Olan bir şeyi danışdığım üçün normal insanlar məni normal başa düşdü. Bu da bir həyatdır. Mənim necə güclü bir qadın olduğumu hər kəs gördü. Milyonlar Zümrüdü yenidən tanıdılar.

- Şouda Kəmaləyə qarşı heç kim oynamır, sanki onun sms balansının çox olmasına görə qorxurlar. ..

- Kəmalə ağıllı və gözəl xanımdır. Onun da oyunda taktikası var idi. Heç kəsə qarışmırdı, öz oyununu aparırdı. Necə mən Suna ilə gözəl oyun aparırdıqsa, o da eləcə gözəl oyun apardı. Bir dəfə də olsun ona qarşı mübarizə aparmaq ağlımdan keçmədi. SMS-nin çox olmasından qorxmurdum.

- "Maşın”da kimi qalib olmasını istəyirsiz?

- Mən finalçı olaraq Sunanı, Ramalı və Laləni görürəm. Maşına ən çox ehtiyacı olan isə Lalədir. Ancaq Sunanın da qalib olmasını istəyirəm.

- Yenidən təklif gəlsə, "Maşın”a qatılarsız?

" Qatılaram. Amma inanmıram ki, yenidən təklif gəlsin. Çünki mən ora üçün maraqlı iştirakçı deyiləm Sadəcə onu deyə bilərəm ki, Murad Dadaşovun komandası möhtəşəmdir.

 

Nazim Qasımzadə 
XƏBƏR LENTİ