Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürüb

Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürüb
MEDIA
17:31 14.01.2021
867
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondununun (KİVDF) sabiq icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlunun həbs edilməsinin detalları məlum olub.

AZXEBER.COM xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib.

Eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilən cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Qeyd edək ki, ümumi iş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq
21:48 15.10.2026
Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
21:41 15.10.2026
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
21:37 15.10.2026
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
21:30 15.10.2026
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
21:24 15.10.2026
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
Husilər Yəmənin prezident sarayını hədəfə aldılar: Ölənlər var
21:20 15.10.2026
Husilər Yəmənin prezident sarayını hədəfə aldılar: Ölənlər var
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
21:14 15.10.2026
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
21:10 15.10.2026
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
12 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar - Tramp açıqladı
21:05 15.10.2026
12 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar - Tramp açıqladı
Edi Rama: Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil
20:59 15.10.2026
Edi Rama: Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
20:51 15.10.2026
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
20:47 15.10.2026
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
20:41 15.10.2026
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:22 15.10.2026
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
Çempionlar Liqasında oynayan futbolçunun evi matç zamanı qarət olunub
20:20 15.10.2026
Çempionlar Liqasında oynayan futbolçunun evi matç zamanı qarət olunub
Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
20:15 15.10.2026
Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub