Yeni nazir müşaviri kimdir? - DOSYE

Yeni nazir müşaviri kimdir? - DOSYE
SOSİAL
11:09 21.01.2019
6768
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.

AZXEBER.COM xəbər verir ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci il sentyabrın 27-də Azərbaycan SSR-in Gəncə şəhərində ziyalı ailəsində doğulub.

1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbinə daxil olmuş, 1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbinə, 1995-ci ildə isə 12 saylı Gəncə şəhər orta məktəbinə keçmiş və 1996-cı ildə həmin məktəbdən məzun olub.

1996—2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində, "Beynəlxalq Hüquq” ixtisası üzrə, 2000—2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində "Türk Dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb.

2001—2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində "Xüsusi Hüquq” ixtisası üzrə magistratura pilləsini bitirib.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu aspirant olaraq daxil olmuş, 2009-cu ildə "12.00.03 – mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə "Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-cü ildən Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq fəaliyyətə başlamış, 2005-2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbərlik etmişdir. 2010-2011-ci illərdə İdarə Heyətinin üzvü olmuş, 2011-2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir.[8][9][10][11] 2011 – 2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin  Müşahidə şurasının üzvü vəzifəsində fəaliyyət göstərmişdir. 2014-2016-cı illərdə "ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.

Bununla bərabər 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və İdarəetmə” kafedrasında müəllimdir.

2015-ci ildən 2018-ci ilədək Caspian European Clubun İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş Direktoru vəzifələrində çalışıb.

2016-cı ilin aprel ayından 2018-ci ilədək Beyli Group şirkətinin Baş Direktoru, 2018-ci ilin yanvar ayından Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.

2002–2003-cü illərdə Azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olaraq fəaliyyət göstərib.

2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsində çalışıb.

2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının, 2010-cü ildən isə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

2014-cü ildən Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər Şurasının sədridir.

50-dən çox elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3-ünün isə həmmüəllifidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
19:00 18.08.2026
Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürüldü
“Qalatasaray”dan yeni transfer
18:50 18.08.2026
“Qalatasaray”dan yeni transfer
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
18:39 18.08.2026
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqladı
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
18:19 18.08.2026
Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
18:05 18.08.2026
Rəsmi Kiyev: Rusiyanın ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
17:50 18.08.2026
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26- ya qeydiyyatı açıq elan edir
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
17:41 18.08.2026
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verdi
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
17:32 18.08.2026
Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Azərbaycanda qardaş bacısını maşında öldürdü
17:10 18.08.2026
Azərbaycanda qardaş bacısını maşında öldürdü
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
16:59 18.08.2026
Gorusda küçəyə İran şəhərinin adı verildi – Ekspertdən sərt açıqlama
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
16:55 18.08.2026
Dövlət Gömrük Komitəsindən sərhəddə yaranan sıxlıqla bağlı - AÇIQLAMA
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
16:48 18.08.2026
Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
16:45 18.08.2026
Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
16:21 18.08.2026
Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
16:20 18.08.2026
“Niyə rus bölməsini bitirənlər universitetə daha az balla qəbul olunmalıdırlar?”
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
16:10 18.08.2026
Azərbaycan Nəşriyyatları Assosiasiyası Qvadalaxara Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq