İsrail rəsmiləri Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qəzaya uğramasına cəhd göstərməkdə şübhəli bilinən ikinci pilotu dindirməyi planlaşdırır.
Bu barədə "The Times of Israel" qəzeti istintaqın gedişindən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Məhz hansı İsrail idarəsinin və ya strukturunun dindirməni aparacağı dəqiqləşdirilmir.
Bununla yanaşı, İsrail hökumətinin nümayəndəsi "Reuters"ə bildirib ki, ölkənin müstəntiqləri BƏƏ-nin rəhbərliyi altında aparılan istintaqa qoşulacaqlar.
Onun sözlərinə görə, istintaq baş verən hadisənin hallarını müəyyənləşdirmək, eləcə də şübhəli şəxsin motivlərini və bioqrafiyasını araşdırmaq niyyətindədir.
///report///











































