Müəllimlərin sertifikatlaşdırılmasında müsahibələr keçirilir

Müəllimlərin sertifikatlaşdırılmasında müsahibələr keçirilir
SOSİAL
17:34 02.10.2026
111
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.
 
AZXEBER.COM xəbər verir ki, belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.

Nəzərinizə çatdırırıq ki, cari tarixə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR