" Atasız qızı zorlayarlar da...” - 6 yaşlı qızı zorlayan kişinin arvadı

" Atasız qızı zorlayarlar da...” -  6 yaşlı qızı zorlayan kişinin arvadı
Bütün Xəbərlər
00:40 17.06.2014
10752
Uşağın anası qonşulara xəbər verdikdən sonra Yusifov döyülüb.
Qonşunun 6 yaşlı qızını zorlamaqda təqsirləndirilən və 2 sutka saxlanılan 58 yaşlı Yaşar Yusifov azadlığa buraxılıb.
Araşdırmalar bitənə qədər Yusifovdan başqa yerə getməmək barədə iltizam alınıb. Məlumatı Binəqədi Polis Idarəsi təsdiq edib.
AZXEBER.COM APA TV-yə istinadən xəbərinə görə, valideyləri tərəfindən zorlandığı deyilən 6 yaşlı qız ekspertizaya göndərilib.
Ekspertizanın rəyinə görə uşaqda hər hansı bir zorlama əlaməti aşkar olunmayıb. Qeyd edək ki, hadisə Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə baş verib. Hadisə baş verərkən qız evlərində tək olub. Uşağın hansı formada, harada zorlandığı bildirilməsə də uşağın anası qonşulara xəbər verdikdən sonra Yusifov döyülüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalar davam edir. Tüfeyli həyat tərzinə və içkiyə meylli olduğundan Binəqədi polisi Yusifovun uşağa seksual zorakı hərəkətlər edə biləcəyini istisna etmir.
Onu da əlavə edək ki, Yaşar Yusifov tufeyli həyat tərzi keçirirmiş. Onun daim sərxoş olduğu və dəfələrlə xuliqanlıq etdiyi də bildirilir. Y.Yusifovun şəxsiyyət vəsiqəsi də yoxdur. Onun əvvəllər Sovet pasportu olub, sonradan onu da itirib. Onun birinci ailəsi dağılıb. Sonradan Afət Babayev adlı qadınlar qeyri-rəsmi şəkildə yaşayır.
Qızın anası daha sonra polisə şikayət edib. Sonradan qızını zorlayan kişinin evinə gedib. Yaşar Yusifovun vətəndaş nikahı ilə yaşadığı Afət Babayev adlı qadın balası zorlanan anaya gözlənilməyən cavab verib: “Kimsəsiz qızdır. Atasız qız böyüdəndə belə olar. Atasız qızı zorlayarlar da...”
OXŞAR XƏBƏRLƏR