“Əslində sistem yaxşıdır, sadəcə...”.
Stansiya və platformalarda heç bir istilikdən söhbət gedə bilməz. Hətta külək də əsir.
AZXEBER.COM xəbər verir ki, bunu Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, metropolitendə çox gözəl ventilyasiya sistemi var:
“Sadəcə olaraq metropolitenin quruluşu elə formadadır ki, hazırda orada nəsə etmək mümkün deyil. Buna baxmayaraq, hansı tip vaqonlardan və ventilyasiya variantlarından istifadənin daha əlverişli ola biləcəyini araşdırırıq. Əslində sistem yaxşıdır, sadəcə, bütün keçmiş SSRİ ölkələrində olduğu kimi, bizdə də metropolitenin quruluşu düzgün deyil. Ona görə də yay fəslində belə problemlər yaranır. Biz bütün bunları yeni tikiləcək stansiya və xətlərdə nəzərə alacağıq”.