“O insanlara halallıq vermirəm" - Rəqsanədən sərt sözlər - VİDEO

“O insanlara halallıq vermirəm" - Rəqsanədən sərt sözlər - VİDEO
MAQAZİN
23:24 04.05.2026
805
Müğənni Rəqsanə İsmayılova çıxışı ilə diqqət çəkib. 

AZXEBER.COM xəbər verir ki, sənətçi İTV-də yayımlanan "Maska şou" layihəsini tənqid edib. 

Buna səbəb ötən həftə şouda iştirak edən Əməkdar artist Lalə Məmmədovanın onun repertuarından "Bivəfa" mahnısını icazəsiz oxuması olub. 

Rəqsanə qeyd edib ki, şouda həmkarları mahnının onun repertuarından olduğunu xatırlatmayaraq sənətçiyə hörmətsizlik ediblər:

"Baxmayaraq ki, bu mahnı özbək mahnısıdır, bunu Azərbaycanda mən oxumuşam, mən sevdirmişəm, söz yazdırmışam. Belə böyük layihədə mahnım icazəsiz oxunur, münsif kürsüsündə oturan hənkarlarım bir ağızdan mahnlnı ifa edir, amma heç biri demir ki, bu Rəqsanənin mahnısıdır”.

Müğənni deyib ki, tənqiddən sonra onun adı lalə Məmmədovanın paylaşımına əlavə edilib: 

"Mən irad bildirəndən sonra Lalə Məmmədova sosial şəbəkə hesabında mənim adımı qeyd etdi. Bunu mən özümə hörmətsizlik hesab edirəm və o insanlara halallıq vermirəm".
 
Aysel

OXŞAR XƏBƏRLƏR