" Mətanət A” şirkəti vakansiya elan edir
Vəzifə funksiyaları
* Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
* Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
* Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
* Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
* Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
* Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
* Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
* Logistika və nəqliyyat nəzarətinin təşkili;
* Alınan malların keyfiyyətinə nəzarət;
* Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
* Gömrüklə işləmə bacarığı;
* Satınalma sənədlərini hazırlama qabiliyyəti.
Tələblər:
* İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
* Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
* Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
* Təchizat zənciri haqqında ümumi biliklər;
* İncoterms 2010;
* Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
* Komanda işinin təşkili;
* Yaş həddi: 25-35;
* Kompüter biliyi: MS Office (Word, Excel);
* Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;
İş şəraiti:
* İş saatı: 09-00-dan 18-00-dək;
* İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
* Razılaşma yolu ilə:
Qeyd:
* Xarici satınalma üzrə menecer struktur olaraq Kommersiya Satınalma Şöbəsinin müdirinə tabedir;
* İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
* Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə
götürülmürlər; CV-ləri [email protected] ünvanına göndərin.