Son günlər bir çoxları 5 yaşlı Aişənın zorlanaraq qətlə yetirilməsinə rəğmən ölüm hökmünün bərpasını tələb edir
AZXEBER.COM xəbər verir ki, bu hadisəyə millət vəkili etibar Hüseynov da biganə qalmayaraq öz facebook səhifəsində münasibətini bildirib.
"Mən insanların yaşadığı emosiyaları anlayıram. Amma doğrudanmı kimsəyə elə gəlir ki, güllələnmə ömürlük həbsdən daha yaxşıdır ? Tam əminliklə deyirəm ki, elə həmin qatilin də bu gün ən böyük istəyi öldürülərək canını qurtarmaqdı.
Bu "xoşbəxtliyi" ona rəva görmək olmaz. O məxluqata ömürlük cəza vermək lazımdır kı, ömrünün sonuna kimi dörd divar arasında hər gün bir-neçə dəfə ölüb dirilsin. Qaranlıqlarda Aişənin ruhuyla, insanların lənətiylə başbaşa qoymaq lazımdır onu. Siz heç güllələnməyə məhkum edilmiş şəxsin özünə ömürlük həbs istəməsini eşidibsinizmi ? Amma sonsuzluğun həbsini yaşayanların demək olar ki, hamısı bu cəhənnəm əzabından qurtarmaq üçün güllələnməsini yalvararaq istəyir.."