" Qoruyucu jileti qadına verib..."- Tacirin qardaşı ilə bağlı təfərrüat

" Qoruyucu jileti qadına verib..."- Tacirin qardaşı ilə bağlı təfərrüat
Bütün Xəbərlər
13:06 01.08.2015
6305
Müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batmasının bəzi detalları məlum olub.
AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində baş verib.
36 yaşlı Mahir Şahmalı oğlu Allahverdiyev, onun bacısı oğlu, dostu və bir qadın iki skuterlə dəniz gəzintisinə çıxıblar. Mahir Allahverdiyev gəzintiyə çıxmazdan əvvəl üzərindəki qoruyucu jileti yanındakı qadına verib. Gəzinti zamanı qeyri-müəyyən səbəblərdən skuterlərin hər ikisi aşıb. Üzərində qoruyucu jilet olan üç nəfər xilas olsa da, Mahir Allahverdiyev batıb.
Hadisədən dərhal sonra dənizdə 36 yaşlı kişinin axtarışlarına başlanılıb. Mahir Allahverdiyevin ailə üzvləri və yaxınları sahilə toplaşaraq, həyəcanla gözləməyə başlayıblar. Xilasedicilərin səylərinə baxmayaraq, gecəyədək Mahir Allahverdiyevi tapmaq mümkün olmayıb.
Qeyd edək ki, Mahir Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır. Onun 2 azyaşlı övladı - 3 yaşlı qızı, 1 yaşlı oğlu var.
OXŞAR XƏBƏRLƏR