" Yalan məlumatlar yayan KİV-lər haqqında ölçü götürüləcək" - Əli Həsənov

" Yalan məlumatlar yayan KİV-lər haqqında ölçü götürüləcək" -  Əli Həsənov
Bütün Xəbərlər
16:16 18.11.2015
1198
“Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir”.
Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı AzərTac-a müsahibəsində deyib.
“KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər. Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəkdir”, - deyə Əli Həsənov bildirib.
O, eləcə də qeyd edib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır.
“Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur”, - deyə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb.
O həmçinin qeyd edib ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.
“Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.
Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəkdir”, - deyə Əli Həsənov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
02:52 25.09.2025
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
01:25 25.09.2025
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir