Yaralıların vəziyyəti ağırdır.
Bərdədə ağır yol qəzası baş verib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən məlumatına görə, rayonun Şirvanlı kəndində baş verən qəzada “VAZ 2107” markalı avtomobil idarəetmeni itirərək ağaca çırpılıb.
Qəza zamanı avtomobildə ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Onlardan sürücü Şamil Məmmədli, sərnişinlər Nigar Məmmədli, 2 yaşlı Asiman və 4 yaşlı Şəhriyar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Yerli polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.





