"Student times" qəzetinin 27-ci sayı sabahdan etibarən köşklərdə olacaq. Qəzetin şef redaktoru Məmməd Ağayevin AZXEBER.COM-a verdiyi məlumata görə, qəzetin bu həftəki sayında aşağıdakı yazıları görmək mümkün olcaq:
1) Zorluqlara rəğmən başaranlar: "Dinamitin banisi" Alfred Nobel necə başardı? 2) Qarabağdan məktub var: Tibb bacısı 3) Qanunlara əməl edilmədikcə hər ağızdan bir avaz gələcək 4) Çanakkale ruhu 5) Şərq fəlsəfəsində Azərbaycanın payı - 2 6) 1 aprelin tarixçəsini bilirsinizmi? 7) Onları bizə tanıtmayıblar: Musa Yaqub
Qeyd edək ki, “Student Times” qəzeti Azərbaycanda tələbə-jurnalistlərin nəşr etdirdikləri ilk rəngli qəzetdir və qiyməti 20 qəpikdir. Qəzeti şəhərin bütün köşklərindən əldə etmək mümkündür.