1 ayda 38 ödənişsiz conversation təşkil edən gənclər klubu - “IB Club”

GƏNCLİK
14:02 28.12.2011
6803

Gəncin istədiyi hər bir şeyi özündə birləşdirən, Azərbaycandakı İlk Gənclər Klubu- “IB Club” rəhbərliyi bildirib ki, keçən ay ərzində Gənclər üçün tam 44 öyrədici - əyləncəli tədbir təşkil edib... 

AZXEBER.COM-un məlumatına görə, günümüzdə gənclərin uğurlu karyeraya sahib ola bilmələri üçün əsas üstünlük verdiyi sahə dil öyrənməkdir. “İB Club” bu sahədə gənclərdən öz dəstəyini əsirgəmir. Təkcə Noyabr ayı ərzində “IB Club” üzvləri üçün 38 ödənişsiz conversation təşkil edilib. Bu Conversation-lar 3 dildə- alman, ingilis, rus dillərində aparılır və əsas üstünlüyü (tam 30 conversation) yenə də gənclərin istəyi ilə ingilis dili təşkil edir.

Təhsillə yanaşı gənclərin Sağlam əyləncə fəaliyyətini də dəstəkləyən “IB Club” üzvləri üçün praktika imkanı da yaradıb. Üzvlər “İB Club Team”ə qoşularaq təşkilatçılıq, komanda ilə işləmə bacarığı və s. kimi sahələrdə təcrübə əldə edirlər. “IB Club Team”də Uğurlu olan gənclər daha sonra digər layihələrə də cəlb edilir. Qeyd edək ki, hal-hazırda “IB Club”un işçi heyəti də bu praktikadan uğurla keçmiş gənclərdən təşkil olunmuşdur.

Beləliklə “IB Club Team” Hər zaman olduğu kimi bu dəfə də əyləncəli -intellektual oyunların yer aldığı, üzvlərin dincəlib, əylənərək öyrəndiyi, stresslərdən azad ola biləcəkləri gəzintilərindən birini daha təşkil etdi. Hətta qarlı, soyuq havaya baxmayaraq bir araya yığılan üzvlər səmimi, mehriban “IB Club” kollektivi ilə unudulmaz günlərindən birini yaşadı.

Həftə sonlarını klubumuzda qazandıqları dostlarla keçirməyi üstün tutan üzvlərimiz bu ay ərzində Mafia Oyunları, Kino günlərində də aktivlik göstərdilər...

Hər Zaman İlklərə imza atan “IB Club” bu dəfə də gəncləri təəccübləndirməkdən çəkinmədi. Belə ki, Noyabr ayında “IB Club”un Gənclərin Maddi-Mənəvi çətinliklərdən dolayı reallaşdıra bilmədikləri layihələrini reallaşdırmaqda, məqsədlərinə daha da yaxınlaşmaqda onlara dəstək olacağı “İdeyalar Reallaşır” layihəsinə Start verildi.

Qeyd olunan bütün layihələr gənclərin potensiallarının aşkarlanması, inkişaflarına şərait yaradılması, gələcəkdə Uğurlu karyeraya sahib olmaları istiqamətində keçirilir.

İnkişaf Etmək, əylənərək öyrənmək istəyən hər bir gənc “IB Club” üzvü olaraq xidmətlərimizdən yararlana bilər.

“IB Club” Hər Zaman Fərqli!

Sənin, Gəncin İnkişaf Mərkəzi...

Əlaqə nömrələri:

055 238 40 08, 012 480 26 81.

Email:[email protected]/* */

Ünvan: Caspian Plaza 1, 6-cı mərtəbə. (Cəfər Vabbarlı 44, Nizami metrosunun yaxınlığı)

Biz Facebookda: https://www.facebook.com/ibclubfan

OXŞAR XƏBƏRLƏR