Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, "Qurd Dərəsi" adlandırılan ərazidəki evlərdən birində yaşayan 1 yaşlı Cavad İsmayılzadənin boğazında badam ləpəsi qalıb. Hadisə nəticəsində körpə ölüb.