1-ci kurs tələbəsi kanalda boğuldu - FOTO

1-ci kurs tələbəsi kanalda boğuldu - FOTO
Bütün Xəbərlər
13:53 30.06.2014
1500
Məmmədov kollecin birinci kurs tələbəsi idi.
Göyçay rayonunda 16 yaşlı tələbə su kanalında boğulub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Zərdab rayon sakini - 1998-ci il təvəllüdlü Elnar Məmmədov Yuxarı Şirvan kanalının Göyçay rayonunun Potu kəndi ərazisindən keçən hissəsində çimərkən boğularaq ölüb.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan Elnar Məmmədov iki gün öncə oxuduğu məktəbdə ilin son imtahanını verdikdən sonra axşam saatlarında kollecin digər 3 tələbəsi ilə birlikdə Yuxarı Şirvan kanalında çimməyə gedib.
Elnar Məmmədov suya baş vuran kimi boğulub. Tələbə yoldaşlarının sözlərinə görə, ona kömək etmək istəsələr də, suyun çoxluğu və kanalın dərinliyi buna imkan verməyib. Onun meyitini tapmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularında Xilasetmə Xidmətinin Aran Dalğıc Axtarış qrupunun xilasediciləri cəlb olunub. İki gün aparılan axtarış işləri nəticəsində bu gün səhər saatlarımda Elnar Məmmədovun meyiti onun kanala düşdüyü yerdən 2 kilometr aralıdan tapılaraq valideynlərinə təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Elnar Məmmədov kollecin birinci kurs tələbəsi idi.
OXŞAR XƏBƏRLƏR