1 damla çay insan ölümünə səbəb olurdu

1 damla çay insan ölümünə səbəb olurdu
Bütün Xəbərlər
17:32 10.03.2012
2171

İngiltərədə 10 aylıq körpənin üzərinə düşən bir damla çay, az qala onun ölümünə səbəb olurdu.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, körpənin dərisinə düşən bir damla çay, qısa müddətdə ölümcül bir infeksiyaya çevrilib. Həkimlər xəstəxanaya yerləşdirilən körpənin dərisinin 80%-ni əməliyyat etmək məcburiyyətində qalıb.

Körpə 15 gün müddətində reanimasiyada saxlanılıb. Ancaq ölümə müqavimət göstərən körpənin sağlamlıq vəziyyətinin indi çox yaxşı olduğu bildirilib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR