1 dollara aldı, 4,6 milyona satdı - VİDEO

MARAQLI
00:54 22.01.2013
2571

“Betmen” üçün hazırlanmış avtomobil hərracda yeni sahibini tapıb

Amerika şou-biznesinin məşhur qəhrəmanı “Betmen” üçün hazırlanmış avtomobil “Barret Cekson” hərracında 4 milyon 600 min dollara satılıb. 1966-cı il istehsalı olan avtomobil kino və əyləncə sənayesinin ən yaxşı tanınan avtomobili hesab edilir. İlk “Betmobil” 1966-1968-ci illərdə çəkilmiş Betmen haqqında serial üçün “Linkoln fatura” avtomobilinin əsasında hazırlanıb. Tünd göy rəngdə və qırmızı zolaqları olan avtomobilin “Betmen” işarəsi var və qapıları qanada çevrilə bilir.Maraqlı məqam burasındadır ki, “Betmobil”in bundan əvvəlki sahibi vaxtilə onu “Ford motor” şirkətindən cəmi 1 dollara almışdı.

OXŞAR XƏBƏRLƏR