1 nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olan sürücüyə cəza istənilib

1 nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olan sürücüyə cəza istənilib
SOSİAL
19:02 24.08.2017
835
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edirilib.
 
AZXEBER.COM-un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, R. Vəliyevin 5 illik sürücülük hüququndan məhrum edilməklə, 8 il müddətinə həbs edilməsini istəyib.
 
Proses avqustun 31-də davam etdiriləcək.
 
Qeyd edək ki, hadisə bu il Bakı-Şamaxı yolunda baş verib. R. Əliyevin idarə etdiyi "Mersedes" markalı avtomobillə "Ford" markalı avtomobil toqquşub. Nəticədə Mahmud Adıgözəlov hadisə yerində dünyasını dəyişib, avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
apa.az
OXŞAR XƏBƏRLƏR