1 saylı marşrut qəzaya uğradı: yaralılar var

1 saylı marşrut qəzaya uğradı:  yaralılar var
Bütün Xəbərlər
17:40 06.11.2013
1158

Mikroavtobus yolun kənarında dayanan minik avtomobilinə çırpılıb

Bu gün Bərdədə baş verən yol qəzası 3 nəfərin xəsarət alması ilə nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bərdə-Yevlax yolunda, Bərdənin Cəyirli kəndindən keçən hissəsində 1 saylı marşrutla işləyən mikroavtobus yolun kənarında dayanan “VAZ-2107” markalı minik avtomobilini arxadan vurub. Qəza nəticəsində minik avtomobilində olan 3 sərnişin xəsarət alıb. Yüngül xəsarət alan sərnişinlərdən biri eninə göndərilsə də, daha 2 sərnişin Səxavət Sədirxanov və Roza Sədirxanova xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti qənaətbəxşdir. Qəza ilə bağlı Bərdə polisi araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR