Lider "Barselona" səfərdə "Levante" ilə qarşılaşıb. Matça qonaqlar fəal başlayıb və bunun nəticəsində hesabı açıb. Ancaq onların üstünlüyü çox çəkməyib.
İlk hissənin sonlarından "Levante" bərabərlik qolunu vurmağı bacarıb və komandalar fasiləyə qarşılıqlı qollarla heç-heçə yollanıblar.
İkinci hissə isə sakit məcrada gedib. 1 xal qazanacağı halda çempionluğunu rəsmiləşdirəcək "Barselona" hücum qurarkən risq etməyib. Qarşılaşma ilk hissədə vurulan qollarla heç-heçə yekunlaşıb və tərəflər hərəyə 1 xal qazanıblar.
Bu nəticə isə "Barselona"nın çempion olmasına kifayət edib. Kataloniya təmsilçisi sona iki tur qalmış çempionluğunu elan edib. Bu, "Barsa"nın tarixində 21-ci La liqa çempionluğudur.
Günün daha bir maraqlı matçı isə "Osasuna" ilə "Sevilya" arasında olub. İlk hissəni "Sevilya" 2 cavabsız qolla üstün tamamlayıb. İkinci hissənin ilk dəqiqəsində bu qollardan birinin əvəzini çıxan "Osasuna" sona 3 dəqiqə qalmış daha 2 qol vurub və əmkar, eyni zamanda, dramatik qələbə qazanıb.
İspaniya La liqası
36-cı tur
10 may
"Deportivo" – "Atletik" – 2:1
Qollar: Adrian, 22, Kastilyo, 71-öz qapısına – Toquero, 3.
"Malaqa" – "Sportinq" – 2:0
Qollar: Baptista, 9. Eliseu, 68.
"Rasinq" – "Atletiko" – 2:1
Qollar:Bakırcıoğlu, 38. Rosenberq, 48 – Suares, 11.
"Real" – "Xetafe" – 4:0
Qollar: Ronaldo, 24; 58; 90-pen. Benzema, 77.
11 may
"Almeria" - "Vilyareal - 0:0
"Levante" - "Barselona" - 1:1
Qollar: Kaysedo, 41 - Keita, 28.
"Real Sosyedad" - "Saraqosa" - 2:1
Qollar: Tamudo, 24. Aranburu, 88 - Qabi, 54.
"Espanyol" - "Valensiya" - 2:2
Qollar:Osvalo, 19. İniqo, 76 - Soldado, 9. Mata, 25
"Ercules" - "Malyorka" - 2:2
Qollar: Aquire, 12; 42. - Kasadesus, 76. Vebo, 80
"Osasuna" - Sevilya" - 1:2
Qollar: Sola, 46; 87. Lekiç, 90 - Neqredo, 26; 28.
Qırmızı vərəqə: Medel, 90 - Sevilya (ikinci sarı)
/// premyerliqa.az