1 yaşlı uşaq uşaq terrorizmdə şübhəli bilinərək təyyarədən düşürüldü

MARAQLI
10:48 12.05.2012
2484
ABŞ-ın Florida ştatında bir ailənin üzvləri aviareysdən çıxarılıb. Səbəb onların 18 aylıq qızının adının terrorçuıuqda şübhəli bilinən şəxslərin siyasında olmasıdır. “Assoşeyted Press” agentliyi xəbər verir ki, insident ştatın Fort-Loderdeyl şəhərində baş verib.Məlumata görə, “JetBlue” aviaşirkətinin əməkdaşları Nyu-Yorka uçmağa hazırlaşan təyyarənin göyərtəsinə qalxaraq valideynlərinə uşağın adının terrorizmdə şübhəli bilinən şəxslərin siyahısında olduğunu bildiriblər. Qızın soyadı və valideynlərinin kimliyi məxfi saxlanılsa da, 18 aylıq balacanın Rianna adını daşıdığı xəbər verilir.Uşağın atası bildirib ki, həyat yoldaşının hicab geyməsi, özlərinin isə əslən Yaxın Şərqdən olmaları əməkdaşların diqqətini cəlb edib.
OXŞAR XƏBƏRLƏR