1 yaşlı və 2 yaşlı qızını öldürən azərbaycanlı ataya 15 il iş kəsildi - TƏFƏRRÜAT

1 yaşlı və 2 yaşlı qızını öldürən azərbaycanlı ataya 15 il iş kəsildi - TƏFƏRRÜAT
Bütün Xəbərlər
21:34 30.03.2012
1546
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən iclasda dövlət ittihamçısı Azər Abbasov məhkəmədən təqsirləndirilən şəxsin ömürlük həbs cəzasına məhkum olunmasını istəyib. Ə.Süleymanovun vəkili Əbdülhəsən Əzimov isə müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.Qısa müşavirədən sonra Ə.Süleymanovun 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan olunub.Qeyd edək ki, Lerik rayonunun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə.Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin 120.2.7 və 120.2.9-cu (qəsdən adamöldürmə) maddələri ilə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR