Məşhur ginekoloq Nigar Abdullayeva "Ölkə.Az” portalına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.
-Salam Nigar xanım, ilk öncə müsahibə üçün təşəkkür edirik. Siz Azərbaycanda illərdir tanınmış və bu sahənin ən məşhur ginekoloqlarından birisiniz. İlk öncə illər əvvələ gedərək, bu sahəni seçməyinizdən, bu sahəyə gəlməyinizdən danışardınız.
-İllər öncə ginekoloqu olduğunuz xanımların dünyaya gələn uşaqlarının indi 20-23 yaşları var, heç rastlaşdığınız və ya başınıza bununla bağlı gəlmiş maraqlı hadisə olubmu?
- Ginekologiya sahəsi tibb sektorunda ən önəmli, həyəcanlı, qürurlu sahəsidir. Bu sektorun ağırlıqları, çətinlikləri nələrdir?
Biz ginekoloqlar iki həyata cavabdehlik daşıyırıq, ona görə də bizim orqanizmimizdə adrenalin-ekstrim hormonu əmələ gəlir. Amma işimizin bəhrəsini görəndə bizdə xoşbəxtlik hormonu –serotonin əmələ gəlir. Bu iki hormonun daimi simbiozu biz ginekoloqları cavan, cəlbedici və reaksiyalarımızı daha iti edir. Bu bir zarafat formasında olan həqiqətdir.
-Tibb sahəsində bir sira sektorlar var ki, orada əvvəllər Azərbaycanda olmayan tibbi xidmətlərdə yeni mütəxəssislərə üstünlük verilsə də, bu məsələ ginekologiyada fərqlidir. Burada güvəni illərin təcrübəsi formalaşdırır. Və insanlar ginekoloq seçərkən, təcrübələrinə üstünlük verirlər. Bildiyimiz kimi, son illərdə yeni gənc ginekoloqlar yetişib və sektorda gənclərin sayı artıb. Gənc ginekoloqlara tövsiyyələriniz, bununla bağlı fikirləriniz?
-Ginekologiya sahəsi illərin böyük təcrübəsini tələb edir. İllər keçir, pasientlərin sayı artdıqca böyük təcrübə və özgüvən formalaşır. Əfsuslar olsun ki, indi elə bir zamana düşmüşük ki, deyilənlərə görə, yaxşı həkim olmaq bloqer olmaqdan keçir. Acınacaqlı vəziyyət yaranıb. Bizim sahədə təcrübə ilə bilik birlikdə uğur gətirə bilər. Lakin mənim öz üzərində işləyən gənclərə hörmətim böyükdür.Reklam xarakterli olsa da, çalışır, əziyyət çəkir, təcrübə toplayırlar. Zaman keçdikcə püxtələşirlər.
- Nigar xanım, müsahibə üçün təşəkkür edirik.
-Mən də öz növbəmdə sizə təşəkkürümü bildirirəm.