10-cu mərtəbədən yıxılan 2 yaşlı körpə necə sağ qaldı?

10-cu mərtəbədən yıxılan 2 yaşlı körpə necə sağ qaldı?
Bütün Xəbərlər
18:55 03.07.2011
1787

Çində hündürmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılan 2 yaşlı qız uşağı sağ qalıb. Körpənin sağ qalması xoşbəxtlikdən həmin yerdə olan qonşu qadının cəldliyi və cəsarəti sayəsində mümkün olub. İnternetdə və kütləvi informasiya vasitələrində marağa səbəb olan bu hadisə Çinin şərqindəki Xançjou şəhərində baş verib.

Şahidlərin sözlərinə görə, evdə nəzarətsiz qalmış körpə pəncərəyə çıxaraq bir neçə dəqiqə binanın çöl tərəfində pəncərə çərçivəsindən asılı qaldıqdan sonra əllərini buraxıb. Ətrafdakıların qışqırıq səsinə yetişən Çzunpin adlı qadın körpə yerə yaxınlaşarkən hürdürdaban ayaqqabılarını çıxararaq özünü yetirib. Nəticədə körpə yalnız daxili orqanlarının zədələnməsi ilə canını qurtarıb. Xilaskar qadın isə qolunda çoxsaylı qırıqlarla xəstəxanaya yerləşdirilib.

 

OXŞAR XƏBƏRLƏR