“10 il” kampaniyası çərçivəsində Prezidentə Dəstək fleşmobu keçirilib
AZXEBER.COM xəbər verir ki, 27 Aprel 2013-cü il tarixində Heydər Əliyev adına sarayda "Planeta Parni iz Baku" KVN teatrının konserti baş tutub.
Hər zaman maraqlı layihələrlə gündəmdə olan “İRƏLİ” İctimai Birliyi növbəti ilkə imza ataraq ilk dəfə Heydər Əliyev adına Sarayın səhnəsində 200 gəncin iştirakı ilə “10 il” kampaniyası çərçivəsində Prezidentə Dəstək fleşmobunu həyata keçirib.
Bu il Azərbaycan xalqı növbəti 5 il üçün öz Prezidentini seçəcək. Bu seçkilərdə 500 min gənc həyatlarında ilk dəfə səs verəcəklər. “İRƏLİ” bütün gəncləri qarşıdakı seçkilərdə fəal olmağa çağırır.
Sizə hazırlanmış fleşmobun linkini təqdim edirik: