Bakı Ağır Cinayətlər Məhkəməsində Ceyranbatan qəsəbə sakini Mansur Zülfüqarovun məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, apellyasiya məhkəməsi ona təyin olunan cəzanın ağır olmasından narazı qalan təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında keçirilir.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Mansur Zülfüqarov ömürlük azadlıqdan məhrum edilib.İttihama görə, bu ilin fevralın 15-də Ceyranbatan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Pirmurad Pirmuradov yaşadığı evdən məktəbə gedərkən naməlum şəxs tərəfindən oğurlanıb.İstintaqla müəyyən edilib ki, Mansur Zülfüqarov bacısının qaynı oğlunu şəhərə gəzməyə aparmaq adı ilə aldadaraq taksiyə əyləşdirib.Sonra Xətai rayonu ərazisindən uşağın atası İlqar Pirmuradova zəng edərək oğlunu qaytarmaq üçün 30 min manat pul tələb edib. Danışığı izləyən polis onun yerini müəyyən edərək yaxalayıb.Mansur Zülfüqarov həbs olunana qədər Pirmurad Pirmuradovu “20 Yanvar” stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb, orada azyaşlını kapron materialdan olan xamutlu iplə boğaraq qəsdən öldürüb və cinayəti gizlətmək məqsədilə meyiti kisəyə yerləşdirərək Bakı-Sumqayıt magistral şosesinin 17-ci kilometrliyində Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atıb.