100-dən artıq gənc Şüvəlanda olacaq – ART KAMPDAN FOTOLAR

GƏNCLİK
23:02 10.11.2011
1693

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalının final gününə çox az bir zaman qalıb.

AZXEBER.COM portalı festivalda keçiriləcək Art Kampdan görüntülər əldə edib. Festivalın idarə heyətinin verdiyi məlumata görə 11 truppa bütün heyəti ilə birlikdə bu kampda 2 gün peşəkar dərsləri keçəcək. Festivalın icraçı direktoru Ramil Ağasiyev art kamp haqqında AZXEBER.COM portalına açıqlama verib: “Art Kamp bu günə qədər Azərbaycanda olmayıb.Əcnəbiölkələrdə hər il keçirilir və bu art kamplar ödənişli olur.Azərbaycandailk dəfə olaraq, bunu biz edirik və bu Art Kamp Gənclər və İdman Nazirliyinin dəstəyinə görə, tamamilə ödənişsizdir. Buna görə festivalın icra komitəsi adından şəxsən nazir Azad Rəhimova yaradılan şərait üçün minnətdarlığımızı bildiririk” .

Foto: Ramil Ağasiyev

Hazırladı: Əfsələddin AĞALAROV 

OXŞAR XƏBƏRLƏR