100 min manatlıq dələduzluq

100 min manatlıq dələduzluq
İQTİSADİYYAT
14:56 13.01.2012
2980

Azərbaycanda saxta sənədlərlə banklardan 100 min manat həcmində kredit götürən dəstə ifşa edilib.

100 min manatlıq dələduzluğun üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.  AZXEBER.COM-un məlumatına görə, Bakı şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan şəhər sakini Aybəniz Behbudova və qeyriləri ölkənin bir sıra iri sənaye-xidmət müəssisələrinin və digər dövlət təşkilatlarının möhür-ştampları vurulan saxta sənədlər hazırlayıb, bir neçə banka təqdim ediblər. Onların bu yolla 100 000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib.  Faktla bağlı araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR