100 yaşı var, hələ də işləyir... - FOTOLAR

DÜNYA
16:38 19.11.2015
1694
“İşləmək heç vaxt gec deyil, əsas da mənim kimi ömrünün baharında olanlara”.
100 yaşlı Felimina Rotundo Nyu Yorkda yaşayayır və gününün 11 saatını işdə keçirir. “Qafqazinfo” xəbər verir ki, kimyəvi təmizləmə mağazasında işləyən Feliminanın işi səhər saat 7-də başlayır və axşam saat 6-ya kimi davam edir. Yaşı 100-ü adlasa da, felimina işini çox sevir və 15 yaşından işləməyə başladığını bildirib:
“Mən təqaüdçü olub evdə oturmaq istəmirəm. 65 yaşımda təqaüdçü olsam, bu boyda vaxtda nə edəcəkdim? Yəqin ki, ya dəli olardım, ya da sıxıntıdan ölərdim. İnsanları sevdiyim üçün işləyirəm. Bu, evdə tək oturmaqdan qat-qat yaxşıdır”.
İşləməyin qadınları gənc və sağlam saxladığını deyən Felimina qocalar evindəki çox insanın xəstə olmasına səbəb kimi boş durmağı göstərib. Həftənin 6 günü işləyən qadın həftəsonlarını sevimli iti ili birlikdə keçirir. Felimina iti ilə yürüyüş etməyi və qəzet oxumağı çox sevir. Televizorda isə sadəcə xəbərləri izləyən gənc ruhlu qoca özünü hələ ömrünün baharında hiss edir:
“İnsanları qocaldıqdan sonra bir kənara atırlar. Məncə, yaşlıların işləməsinə imkan yaratmaq lazımdır. Biz heç kimə möhtac olmadığımız zaman özümüzü daha yaxşı hiss edirik”.
OXŞAR XƏBƏRLƏR