1000 manata qədər əməkhaqqı alanlar vergi dərəcələrindən azad olunsun - Deputatdan təklif

1000 manata qədər əməkhaqqı alanlar vergi dərəcələrindən azad olunsun - Deputatdan təklif
SOSİAL
12:25 21.11.2025
134
Milli Məclisdə 1 000 manata qədər əməkhaqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunması təklif edilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı çıxış edib.

Q.Həsənquliyev çıxışında yoxsul təbəqənin müdafiə etmək lazım olduğuna diqqət çəkib:

"Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Keyfiyyətli ət və ərzaq məhsulları aztəminatlı əhali üçün əlçatmaz olub. Əhalinin sosial vəziəyyətində ciddi problemlər var və bunu görməzdən gəlmək düzgün deyil".
OXŞAR XƏBƏRLƏR