101 nəfərə saxta COVİD testi hazırladan şirkət rəhbərinin məhkəməsi başlayır

SOSİAL
16:03 14.10.2021
161
Azərbaycandan Rusiyaya getmək istəyən 101 nəfərə saxta COVİD-19 testi hazırladan turizm şirkətinin rəhbərinin məhkəməsi başlayır.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Yasamal rayon Prokurorluğunda "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.

Cinayət işi hakim İslam Əliyevin icratına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

İttihama görə, "ƏSR" və "ARKAN TOUR" MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış ibtidai istintaqla "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun "ARKAN TOUR" MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmasına, eləcə də həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
 
Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin saxta test arayışları ilə Rusiyaya getmək istəyən 101 nəfər Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq geri qaytarılmışdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 28.11.2021

"Azərbaycan rus dilində təhsilə görə MDB-də ilk sıralarda yer tutur" - Deputat

15:49 28.11.2021

Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlandı

15:37 28.11.2021

Zərrin Özər intihara cəhd etdi

15:23 28.11.2021

Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlandı

14:58 28.11.2021

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırdı

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA

12:52 28.11.2021

"Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

12:46 28.11.2021

"İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır"

12:13 28.11.2021

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır