13 yaşlı qızın əlində qumbara partladı

13 yaşlı qızın əlində qumbara partladı
DÜNYA
13:52 18.06.2026
583
Rusiyanın Lipetsk vilayəti ərazisində 13 yaşlı məktəbli küçədə tapdığı partlayıcı qurğunun detonasiyası nəticəsində ağır xəsarətlər alıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, qız küçədə naməlum əşya taparaq onu evə gətirib. Daha sonra yeniyetmə əşyanın təhlükəsizlik halqasını çıxarmağa cəhd edib. Bu zaman mexanizm işə düşərək partlayış baş verib.

Hadisə nəticəsində məktəbli sol əlindən ağır xəsarət alıb, həmçinin yuxarı və aşağı ətraflarında çoxsaylı yanıq yaraları yaranıb.

Yerli səhiyyə qurumunun məlumatına görə, qız təcili olaraq xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda onun əlini xilas etmək üçün mübarizə aparırlar.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
Aysel


OXŞAR XƏBƏRLƏR