Almaniyanın rəsmi Fan Klubunun ən yaşlı üzvü Ella Kastner Bakıya gəlir. Eurovision Mahnı Müsabiqəsinin 102 yaşlı pərəstişkarı ötən il Düsseldorfda Azərbaycanlı fanlarla görüşərək onlarla birlikdə qələbəmizi qeyd edib. Ella Kastner pərəstişkarların xahişi ilə ölkəmizə gəlmək arzusundadır. Ellanın bu istəyi gerçəkləşərsə, o, həm də Azərbaycana gələn ən yaşlı turist kimi də yadda qalacaq.