11 il öncə Sabunçuda baş verən sirli qətl - Cinayəti kim törədib?

11 il öncə Sabunçuda baş verən sirli qətl - Cinayəti kim törədib?
SOSİAL
23:47 17.03.2026
983
Evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən Hüseyn Cəfərov ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyini deyib.

O, ifadəsində hadisə günü tək olmadığını deyib:

"2014-cü ilin noyabr ayı idi. Həmin vaxt çay evi işlədirdim. Sinif yoldaşım Özal dedi ki, qohumu Dubaydan yaxşı bahalı telefonlar, elektronik əşyalar gətirib. Malları da həyətlərindəki qarajda saxlayırlar. Gedib onları oğurlayıb sataq, borc-xərcimizi bağlayaq.

Danışdıq ki, üçümüz - mən, Özal və məhəllə uşağımız Elnurla birlikdə telefonları və elektronik avadanlıqları qarajdan oğurlayaq. Gecənin düşməsini gözləyib həmin evə getdik.
Üstümüzdə özümüzlə heç bir kəsici alət götürməmişdik. Həyət çox qaranlıq idi, göz-gözü görmürdü. Alışqanlarımızın işığının köməyi ilə Özal və mən içəri keçdik. Elnura da tapşırdıq ki, çöldə gözləsin, gələn olsa, iki dəfə fit çalıb bizi xəbərdar eləsin.

Elnur həyətdəki kolluqda gizləndi. Biz içəridə üç-dörd dəqiqə qaldıq, nə qədər axtardıqsa, heç nə tapa bilmədik. Çölə çıxanda qarajın böyründən üzünü görə bilmədiyimiz bir qadının "kimsiniz, burada nə gəzirsiniz?", - deyib qışqırığını eşidən Özal dərhal qaçmağa başladı. Mən bir qədər onun uzaqlaşmağını gözləyib ardınca qaçanda kimsə "aha, biri də buradadır" deyib çığırdı. Həyətdən çıxıb qaçanda, gördüm Elnur bir adamla dalaşır. Görünür ki, aradan çıxmağa çalışanda, üz-üzə gəlib o adama yaxalanmışdı. Mən tez qaçıb taksiyə oturdum və məhəlləyə gəldim. Mən heç kimi öldürməmişəm, ölüm işindən xeyli sonra xəbər tutdum. Lakin nə hikmətdirsə, Elnurun adı sonradan işin içindən çıxarılmışdı".

Növbəti proses aprelin 14-ü saat 11:45-ə təyin olunub.

Xatırladaq ki, 2025-ci ildə Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. Müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq