"11 mart çağırışlarının arxasında xarici təşəbbüslər var”

Bütün Xəbərlər
18:54 09.03.2011
2116

Bir qrup gənc istifadəçilər “11 mart-Böyük xalq günü”adı ilə ölkənin bütün şəhər, rayon və kəndlərindən insanları, xüsusilə də gəncləri meydanlara çağırır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı “Qafqazinfo”ya açıqlamasında “Facebook” sosial şəbəkəsində hazırlanan suni ajiortajı müəyyən bir siyasi çevrənin, xüsusən radikal düşərgəni təmsil edən gənclərin internetdə əlavə hay-küyü kimi qiymətləndirib: 

“Düşünmürəm ki, 11 mart mitinqinə Azərbaycan gəncliyi hansısa bir formada hazırlaşır. Hesab etmirəm ki, “facebook” şəbəkəsində hazırlanan suni ajartaj əslində Azərbaycan gəncliyini bütövlükdə təmsil edir. Mən də “Facebook” şəbəkəsinin çox aktiv üzvlərindənəm. Dostluğumda olan şəxslərin yazdıqlarını gün ərzində şəbəkədə izləyirəm. Bilirsiniz ki, bir şəxs bir neçə ad altında qeydiyyatdan keçərək, cəmiyyətdə xeyli sayda insanın adından görüntü yaradır. Bu formada hər hansısa bir inqilaba çağrış Azərbaycan xalqının mənafeyini əks etdirmir. Hansı xalqa inqilab xeyir gətirib? Açıq şəkildə deyirəm ki, bu mənim mövqeyimdir. Azərbaycanda inqilab çağrışı edən şəxs bu xalqın düşmənidir”.

N. Orduxanlı bildirib ki, bu kampaniyaya qeyri-rəsmi də olsa radikal müxalifət öz dəstəyini verir: “Ümumiyyətlə, mitinqlərə çağırışda ünvan göstərilmir. Çaşdırıcı bir vasitədir. Mitinqin keçirilməsi üçün mitinqin bir təşkilat komitəsi olur. Qabaqcadan Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilir. Bunlar sadəcə eşitdiyimə görə, bu təşəbbüsdə olan şəxslər, xaricdə yaşayan 5-6 gəncdən gəlir. Yəni bunu da internet məkanında adi qaydada yazmaq olur. Artıq bu gün YAP təmsilçisi Mübariz Qurbanlı məsələ qaldırıb ki, mitinqdə iştirak edənlərin əksəriyyəti Ermənistanı təmsil edən gənclərdir. Təbii ki, hər kəsin mitinq keçirmək, söz ifadə etmək azadlığı var. Amma bu qanun çərçivəsində olmalıdır. Düşünürəm ki, bu kampaniyaya qeyri-rəsmi də olsa radikal müxalifət öz dəstəyini verir. Onlara əsas istiqamət verənlərin müxalifətçilərdir. Ölkədə iğtişaşlar yaratmaq, Yaxın Şərqdə baş verən hadisələri Azərbaycanda tətbiq etmək üçün bir cəht edirlər. Ümumiyyətlə, radikal müxalifət belə hala öyrənib. Ukraynada narıncı inqilab oldu, bunlar da əyinlərinə sarı köynək geyindilər. Gürcüstanda qızılgül inqilabı oldu, əllərinə qızılgül götürdülər. Bunlar plaqiatlığı sevirlər. Düşünürlər ki, bu da ölkənin sabitliyinin pozulmasınma bir cəht olacaq. Amma adi günlərdən biri olacaq”.

Gənclər mitinqlərdə iştirak etməsi üçün müəyyən miqdarda pul paylanılması xəbərinin yayılmasına münasibət bildirən sədr müavini bildirib ki, bu aksiyanın effektliyini artırmaq üçün istifadə olunmuş metodlardandır: “Əgər o faktlar həqiqətən vardırsa, deməli bunların hardansa maliyyə dəstəyi var. Belə olan halda da hüquq mühafizə orqanları ciddi məşğul olmalıdır. Ümumiyyətlə, belə hallar aksiyanın effektini artırmaq üçün istifadə olunmuş bir metoddur. Bir məsələni də bildirmık istəyirəm ki, kifayət qədər internetdə işləyən adamlar bilir ki, mən nə demək istəyirəm. Facebookda minlərlə insan qrup açıb və sən istəməsən də, səni də həmin qrupa əlavə edirlərsə, bu o demək deyil ki, sən də iştirakçısan və yaxud da insanaların o qrupa sevgisi var , ya da 11 mart mitinqinə çıxmaq istəyirlər. Sən Almaniyada oturub kimisə mitinqə dəvət edib, özün də iştirak etmirsən. Buna bu səpkidə reaksiya verməyin özü belə düzgün deyil. Mənim üçün maraqlı fakt odur ki, ölkə prezidenti korrupsiya qarşı islahatlar aparılması üçün işlər həyata keçirir. Belə bir mərhələdə bu məsələləri qabartmaq hardasa o islahatın hədəfini yayındırmağa xidmət edir. Azərbaycanı sevən, milli mənafeyini düşünən kəs ölkədə sabitliyin pozulmamasını, iğtişaşların yaranmamasını istəyər. Bu gün Azərbaycan xalqı övladının qanı bahasına dəyişiklik tərafdarı deyil. Dəyişiklik normal, stabil inkişaf etmiş ölkələrdə olduğu qaydada aparılmalıdır. Bununla da bağlı artıq hiss olunur ki, cənab İlham Əliyev müvafiq addımlar atır”./// qafqazinfo.az

 

OXŞAR XƏBƏRLƏR