Məsələ ilə bağlı açıqlama verən Ana Vətən Partiyasının(AVP) sədri, millət vəkili Fəzail Ağamalı “Facebook”da yayılan məlum çağırışları radikal müxalifət partiyalarının mətbəxində hazırlanmış xüsusi layihə olduğunu bildirib. Deputat qeyd edib ki, belə çağırışlar Yaxın Şərq ölkələrində baş verən proseslərdən qaynaqlanır: “Kimsəyə sirr deyil ki, gənclər artıq bütün siyasi proseslərin hərəkətverici qüvvəsi rolunda çıxış edir. Bu fakt özünü Yaxın Şərq ölkələrində baş verən inqilablarda da göstərdi. Müxalifət partiyaları da bu təcrübədən çıxış edərək, gəncləri önə verib nəyəsə nail olmaq istəyir. Ancaq hesab etmirəm ki, “Facebook” sosial şəbəkəsində edilən bu çağırışlar ciddi nəticə verəcək və bu çağırışa çoxlu sayda gənc qoşulacaq. Çünki, bu gün Azərbaycan gəncliyin inkişafı və özünü ifadə etməsi üçün bütün lazımı şərait var. Düşünürəm ki, müxalifətin bu çağırışına öz partiyalarından olan məhdud sayda gənc dəstək verə bilər.
//QayNar.info