Bakıda keçirilən imtahan zamanı 11 nəfər təcili yardıma müraciət edib.Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın verdiyi məlumata görə, iyul ayının 12-də keçirilən imtahan zamanı ümumilikdə 11 nəfərin halı pisləşib.Müraciət edənlərdən 5-i abuturiyent, 5-i isə valideyn olub. Valideynlərin hamısı təzyiqdən şikayətləniblər.“Bundan başqa, 1 nəfər oğlan dostunun imtahan verdiyi məktəbin hasarından aşaraq, içəri keçmək istəyib. Lakin oğlan yıxılıb və ayağını sındırıb. Onu xəstəxanaya yerləşdirmişik. Dİgər şəxslərə isə yerində tibbi yardım göstərilib”,- deyə Zemfira Vahidova bildirib.