11 yaşlı piyadanı maşın vuraraq öldürdü

11 yaşlı piyadanı maşın vuraraq öldürdü
Bütün Xəbərlər
00:30 01.05.2014
862
Aprelin 30-da Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZXEBER.COM xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə şəhərinin Nərimanov prospektində baş verib.

1992-ci il təvəllüdlü Gəncə sakini Göyüşov Vüqar Xasay oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil piyada, 2003-cu il təvəllüdlü Muradov Rəvan İlham oğlunu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR