11 yaşlı qız valideynlərinin davasına intiharla cavab verdi

11 yaşlı qız valideynlərinin davasına intiharla cavab verdi
Bütün Xəbərlər
20:15 14.09.2012
1633
Tovuz rayonunda dəhşətli intihar olub. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, dünən Alakol kənd sakini, 11 yaşlı Elnarə Abbasova özünü asıb. Mərhumun özünü öldürməsinin səbəbi məlum olmasa da, istintaq bir neçə versiya üzərində işləyir. İlikin versiyaya görə, E.Abbasovanın atası ilə anası hadisədən əvvəl dava ediblər. Atası sərxoş halda anasını döyərək onu boşayacağını deyib. Bundan az sonra isə azyaşlının asılmış meyiti tapılıb.
E.Abbasovanın orta məktəbin 5-ci sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR