112 gün sonra nəşi tapılan şəhid Həsənağa Abdullazadənin anım günü keçirildi - FOTOLAR - VİDEO

112 gün sonra nəşi tapılan şəhid Həsənağa Abdullazadənin anım günü keçirildi - FOTOLAR - VİDEO
SOSİAL
16:22 04.10.2021
659
Şəhid Həsənağa Abdullazadənin anım tədbiri keçirildi.
 
AZXEBER.COM xəbər verir ki, İkinci Qarabağ müharibəsinin şəhidlərindən olan Baş leytenant Abdullazadə Həsəanğanın şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olub.
 
Bu münasibətlə şəhidin ailə üzvləri, yaxınları, həbçi yoldaşları və şəhid valideynləri onun məzarını ziyarət edib.
 
Qeyd edək ki, Həsənağa Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub.

1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ali məktəbi "leytenant” hərbi rütbəsi ilə bitirib. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub.
 
Həsənağa Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N” saylı hərbi hissəsində xidmətə başlayıb.

2017-ci ildən xidmətini "baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində savaşıb.

Oktyabrın 1-dən Həsənağa Abdullazadə ilə əlaqə saxlamaq mümkün olmayıb. 2 oktyabr tarixində Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhramancasına həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. Yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu müəyyənləşib. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, "3-cü dərəcəli Rəşadət ordeni" və "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
Şəhidlik zirvəsinə ucaldıqdan sonra 
 
Hüseynli Günel
Səmədov Hikmət
 













OXŞAR XƏBƏRLƏR