12 əsgərimiz şəhid oldu, 2 kəndi azad etdik - MÜDAFİƏ NAZİRLİYİNDƏN RƏSMİ AÇIQLAMA

12 əsgərimiz şəhid oldu, 2 kəndi azad etdik -  MÜDAFİƏ NAZİRLİYİNDƏN RƏSMİ AÇIQLAMA
SOSİAL
17:05 02.04.2016
7705
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
11:18 09.09.2025
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
11:14 09.09.2025
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
11:13 09.09.2025
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
11:11 09.09.2025
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
11:04 09.09.2025
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
11:03 09.09.2025
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
10:59 09.09.2025
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
10:57 09.09.2025
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
10:53 09.09.2025
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
İran parlamenti qapalı toplantı keçirir
10:45 09.09.2025
İran parlamenti qapalı toplantı keçirir
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
10:44 09.09.2025
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
10:38 09.09.2025
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
10:35 09.09.2025
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
Hadise ana olmaq istəyir
10:34 09.09.2025
Hadise ana olmaq istəyir
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba
10:31 09.09.2025
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba
Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib
10:29 09.09.2025
Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib