12 ildir ən reytinqli şou olan "Maşın"da 1 saat - REPORTAJ + FOTO

12 ildir ən reytinqli şou olan "Maşın"da 1 saat - REPORTAJ + FOTO
MAQAZİN
15:47 18.10.2017
1809
"Maşın şou"nun səhnə arxası həyacanlı anları.
 
ATV-də yayımlanan və böyük maraqlanan qarşılanan "Maşın realiti şou"da ötən gün mətbuatla görüşü keçirilib.
 
Layihənin rəhbəri Murad Dadaşovun təşəbbüsü ilə baş tutan görüş səmimi məqamlarla yadda qalıb.  
 
Sadəcə bu görüşün dəyişməyən bir tərəfi olub: Hər zaman olduğu kimi iştirakçılar yenə də qalmaqallı açıqlamaları və atmacaları ilə yadda qalıblar. 
 
Repçi Elşad Xose hər gün efirdə dediyi sözü jurnalistlərin yanında bir daha təkrarlayıb: "Raufa səs istədiyimə görə özümü bağışlaya bilmirəm".
 
Rauf Əhmədov isə Xosenin könlünü almaq üçün deyib: "Mən uşaqlıqdan Xosenin fanatı olmuşam, onun repləri ilə böyümüşəm. Sadəcə məni yandıran o oldu ki, Elşad hər şeyi bilə-bilə, məndən inciyir"
 
Rauf daha sonra deyib: "Burada hamı hər şeyi bilir amma susurlar və söyülən mənəm. Bu da məni yandırır. Talıbla yaxşı oğlandır, "amma mən sözümün üstündə duranam” kəlməsi mənim xoşuma gəlmədi. Mən verilişdən çıxsam, bura maraqsız olacaq.”
 
Raufun bu sözündən sonra yenidən ara qarışıb və iştirakçılar onu bir az sadə olmağa çağırıb. 
 
Jurnalistlərlə görüşdə qadın iştirakçıların olduqca sakit olması da diqqətdən yayınmayıb. Deyəsən, hansısa qüvvə xanımlara ciddi irad bildirib və onları "ağıllı" olmağa çağırıb. 
 
Bizə isə gözləmək qalır, görək bundan sonrakı günlərdə kimlər "maşın əldən getdi" sözünü, kimlərsə uzun illər qazandığı hörməti itirəcək.
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR